Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:40
Dekabrın 28-də məhkumların şeirlərindən ibarət "Zaman ömürdür keçər" adlı kitabın təqdimat mərasimi keçirilib.

Təqdimetmə mərasimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin təşkilatçılığı ilə Avropa otelində keçirilib. Tədbirin qeyri-adiliyi onda olub ki, tədbirdə kitabda şerləri çap olunmuş məhkumlardan dördü iştirak edib. Məhkumlardan biri qadın, üçü kişidir. Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovun həmin məhkumlara təqdim etdiyi mükafatlar arasında məzuniyyət vərəqəsi də olub. Ölkənin həbsxana tarixində ilk dəfədir ki, məhkumlar 1 həftəlik məzuniyyətə buraxılacaqlar.

Kitab təqdimatında müxtəlif cəzaçəkmə müəssislərində cəza çəkən məhkumların əl işləri də nümayiş etdirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG