Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:53

İranda həbsdə olan jurnalistlərin ailə üzvləri Təbrizə gedib



Almaniyanın xarici işlər Nazirliyi deyir ki, İran hakimiyyəti bu ölkədə həbs olunan iki alman jurnalistin ailə üzvlərinə İrana getməyə icazə verib. İranda həbsdə olan jurnalistlərin ailə üzvləri Təbrizə gedib

Almaniya xəbər agentlikləri xarici işlər nazirliyinə istinadla məlumat verir ki, ailə üzvləri Təbrizə gediblər.

Alman reportyoru və onun fotoqrafı bu ilin oktyabrında burda həbs olunublar. Almaniya xarici İşlər naziri Guido Westerwelle verdiyi bəyanatında əməkdaşlığa görə iranlı həmkarlarına təşəkkür edib, amma deyib ki, Almaniya öz vətəndaşlarını azadlıqda, öz evlərinə qayıtmasını görmək istəyir.


Həbs olunmuş jurnalistlər "Bild am Sonntag" qəzetinin əməkdaşlarıdır. Onlar Təbrizə bir müddət həbs edilmiş və daşqalaqla ölüm cəzasına məhkum olunmuş Səkinə Məhəmməd Aşitaninin oğlu və onun vəkili ilə görüşmək üçün Təbrizə gəliblər.

Səkinənin oğlu və vəkili də həbs edilib. İran hakimiyyəti bildirib ki, iki alman ölkəyə turist kimi gəlib və jurnalist olduqlarını göstərməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG