Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:16

Prezident: «Azərbaycan idman dövlətidir»


Dekabrın 27-də Milli Olimpiya Komitəsində 2010-cu ilə yekun vurulub, idmançılara və məşqçilərə mükafatlar təqdim olunub.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan dünyada idman dövləti kimi tanınır və Beynəlxalq Olimpiya hərəkatında çox fəal iştirak edir:

BİZ BÖYÜK HÖRMƏTƏ MALİK ÖLKƏYİK

“Biz böyük hörmətə malik olan ölkəyik. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi artıq adi hala çevrilibdir. İl ərzində Bakıda dəfələrlə dünya, Avropa çempionatları, digər beynəlxalq yarışlar keçirilir və bizdə olan imkanlar bu yarışların yüksək səviyyədə təşkili üçün gözəl şərait yaradır”.

İlham Əliyev deyir ki, Azərbaycanda idmanın inkişafı özünü medalların sayında büruzə verir:
“2010-cu ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 675 medal qazanmışlar. Onlardan 206-sı Olimpiya idman növləri üzrə qazanılmış medallardır. İdmançılarımız müxtəlif yarışlarda Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə ölkəmizi şərəflə təmsil ediblər və Azərbaycanın idman şöhrətini qaldırıblar. Mən çox şadam ki, gənc idmançılarımız yeniyetmələrin birinci Yay Olimpiya Oyunlarında çox böyük uğura nail olublar. 204 ölkə içində idmançılarımız 11-ci yeri
Bəzi hallarda Azərbaycanla bağlı məlumatlar dünya mətbuatında ya həqiqəti əks etdirmir, ya da ki, qərəzli olur, təhrif edilmiş məlumatlar dərc edilir. Yəqin ki, ona görə də birinci dəfə Azərbaycana, Bakıya gələn hər bir qonaq Bakının gözəlliyini, şəhərimizdə, ölkəmizdə olan quruculuq işlərini görərkən təəccüb edir və bu təəccübü gizlədə bilmir
tutmuşlar və İslam ölkələri arasında birinci sıradadırlar”.

VƏTƏN SEVGİSİ OLMALIDIR

Prezidentin sözlərinə görə, “uğurları təmin etmək üçün gənclərdə, o cümlədən idmançılarda möhkəm iradə olmalıdır, vətənpərvərlik ruhu yüksək səviyyədə olmalıdır, vətən sevgisi olmalıdır. Biz gənclərimizə bu nəcib əlamətləri aşılayırıq. Azərbaycanda bu sahədə işləri yüksək qiymətləndirirəm”.

2010-cu ildə Göyçay, Ağdaş, Balakən və Horadiz şəhərlərində dörd olimpiya idman kompleksi istismara verilib Müşfiqabad qəsəbəsində idman-təlim mərkəzi tikilib. Mingəçevirdə beynəlxalq avarçəkmə mərkəzi fəaliyyətini bərpa edib.

2011-Cİ İLDƏ 11 OLİMPİYA MƏRKƏZİ TİKİLƏCƏK


Prezidentin dediyinə görə, 2011-ci ildə tikinti-quraşdırma işləri davam etdiriləcək:

“On bir olimpiya mərkəzinin tikintisi nəzərdə tutulur. Onların bir hissəsinin açılışı gələn il olacaq. Bu proqram ardıcıl şəkildə icra edilir. Qeyd etmək istəyirəm ki, idmanla məşğul olan qurumlar - həm Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bu il fəal işləmişlər, birgə işləmişlər. Biz hamımız vahid məqsədə xidmət edirik. Bu da ondan ibarətdir ki, Azərbaycanda idman sürətlə inkişaf etsin, idman uğurlarımız daha da artsın, idmançılara dövlət tərəfindən qayğı artsın, idman veteranları da yaddan çıxmasın”.

AZƏRBAYCANIN SİRRİ...

Ölkə başçısı qeyd edir ki, Azərbaycan həqiqətləri və ölkədə gedən quruculuq işləri bəzi hallarda dünya ictimaiyyəti üçün sirr kimi qalır:

“Bəzi hallarda Azərbaycanla bağlı məlumatlar dünya mətbuatında ya həqiqəti əks etdirmir, ya da ki, qərəzli olur, təhrif edilmiş məlumatlar dərc edilir. Yəqin ki, ona görə də birinci dəfə Azərbaycana, Bakıya gələn hər bir qonaq Bakının gözəlliyini, şəhərimizdə, ölkəmizdə olan quruculuq işlərini görərkən təəccüb edir və bu təəccübü gizlədə bilmir. Bəzi qonaqlar Bakıya tam başqa fikirlərlə gəlirlər. Ancaq burada gedən prosesləri, gözəlliyi görərkən əlbəttə ki, bu, onlara çox güclü təsir göstərir. Biz də çalışmalıyıq ki, haqqımızda məlumat həqiqəti əks etdirsin”.

YENİ OLİMPİYA STADİONU TİKİLCƏK

İlham Əliyev bildirib ki, 2011-ci ildə Bakıda yeni Olimpiya stadionunun təməl daşı qoyulacaq:

“Artıq layihə hazırdır, stadion üçün yer müəyyən edilib. Mən hesab edirəm ki, Azərbaycan kimi idman dövlətinin paytaxtı Bakı şəhəri üçün ən müasir texnoloji imkanlara malik olan yeni Olimpiya stadionu tikilməlidir”. /AzərTAc/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG