Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:24

Azərbaycan Venesuela vasitəsilə ABŞ-a neft satdı


Azərbaycan Dövlət Neft Şirkəti – ARDNŞ dekabrın 27-də məlumat verib ki, Venesuela ilə neft dəyişməsinə dair razılıq əldə edib.

Razılaşmaya görə Azərbhaycan Venesuelanın əvəzinə 2011-ci ilin əvvəlindən Belorusa ildə 5 milyon ton xam neft verəcək. Venesuela isə eyni həcmdə nefti Azərbaycanın əvəzinə ABŞ-a verəcək. Beləliklə, Azərbaycan ABŞ-a, Venesuela isə Belorusa neft satmış olacaq.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib ki, Belorusa çatası nefti Ukraynaya, oradan da Odessa-Brodı kəməri vasitəsilə Belorusa çatdıra bilərlər.

Venesuela prezidenti Hugo Chavez bu ilin oktyabrında Belorusa səfərində bildirib ki, 2011-2013-cü illərdə Minskə 30 milyon ton neft satacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG