Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:54

Rusiya Belorusda vətəndaşlarını buraxmağı tələb edir


Rusiyanın Xarici İşlər Nazirliyi dekabrın 27-də bildirib ki, Belorus sonuncu prezident seçkisi zamanı saxlanan bütün Rusiya vətəndaşlarını azad etməlidir. Rusiyanın Xarici İşlər nazirinin müavini Qriqori Karasin Belorusun Moskvadakı səfirinə zəng edərək saxlanan bütün vətəndaşlarının dərhal və şərtsiz azadlığa buraxılmasını tələb edib. Nazir müavini bu problemin Belorusla əlaqələrə pis təsir etdiyini bildirib.

Moskva Belorusun dekabrın 19-da keçirilmiş prezident seçkisindən dərhal sonra baş vermiş kütləvi etiraz aksiyalarını polisin dağıtması zamanı 11 Rusiya vətəndaşının da saxlandığını bildirir. Belorusda məhkəmə onların 10 gündən 15 günə qədər həbsi barədə qərar çıxarıb.

Aleksandr Lukaşenkonun təzədən qalib edildiyi həmin prezident seçkisindən sonra 600 nəfər müxalifət fəalı, o cümlədən prezidentliyə namizədlərdən bəzilər həbs edilib. Minsk saxlanan müxalifətçilərin bəzilərini kütləvi iğtişaşların təşkilində ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG