Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Pakistan kəşfiyyatı 15 yaraqlının öldürüldüyünü bildirir


Pakistanın kəşfiyyat rəsmiləri bu ölkənin Əfqanıstanla sərhədlərinə ABŞ-ın raket zərbələri nəticəsində azı 15 yaraqlının öldürüldüyünü bildirir. rəsmilərin məlumatına görə bugünlər ABŞ ordusunun atdığı altı raket Şimali Vəziristan əyalətindəki Şera Tala kəndində bir sığınacağı və yük maşınını dağıdıb.

Rəsmilər keçən il ərzində bu əyalətə azı 110 belə raket atıldığını deyirlər. Onların məlumatına görə Əfqanıstanda ABŞ və NATO qoşunları ilə döyüşən bir neçə yaraqlı qrup Pakistanda əsasən həmin ərazilərdə gizlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG