Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:14
ROMA TƏQVİMİ

Roma təqvimi bizim eradan əvvəl 753-cü ildə yaradılıb. Bu təqvim Roma şəhərinin salındığı tarixdən, eradan əvvəl 753-cü il aprelin 21-dən hesablanır.

Bu təqvim 304 gündən, yaxud 10 aydan ibarət olub. Qışın 61 günü isə heç bir aya aid edilməyib. Bu təqvimdə illər sayılmayıb. İllər sadəcə olaraq ilin əvvəlində hakimiyyətdə olan konsulun şərəfinə adlandırılıb.

Təxminən bizim eradan əvvəl 703-cü ildə Romanın ikinci kralı Numa Pompilius Roma təqviminə yanvar və fevral aylarını da əlavə edib. Bununla da il 12 aydan, yaxud 355 gündən ibarət olub.

JULİAN TƏQVİMİ


Bizim eradan əvvəl 45-ci ildə yaradılıb. Gaius Julius Caesar-ın şərəfinə adlandırılıb. Bu təqvim tropik ili, yəni, Günəşin yer kürəsinə nisbətən eyni mövqedə durduğu dövr kimi daxil edilib. 365 gündən ibarət olan Julian təqvimi 12 aya bölünüb. Hər 4 ildən bir fevrala əlavə olunan bir gün olub. Bu da o deməkdir ki, hər il orta hesabla 365,25 gün davam edib.

GREGORİAN TƏQVİMİ

1582-ci ildə yaradılıb. Bu təqvimi Papa XIII Gregory yaradıb. Müəyyən olunub ki, tropik il əslində Julian təqvimində qeyd olunan 365,25 gündən 11 dəqiqə daha qısadır. Bu isə hər 4 əsrdən bir 3 günün artıq qalması demək idi.

Papa XIII Gregory bunu müəyyən edəndən sonra bu təqvimin əsasını qoyur. Daha sonra Roma katolik kilsəsi yeni təqvimə keçir. Bu təqvim də XIII Gregory-nin şərəfinə Gregorian adlanır.

İngiltərə - 1752-ci ildə Gregorian təqvimini qəbul edir

1752-ci ilə qədər isə İngiltərədə Julian təqvimindən istifadə edib. Lakin çoxlu səhvlər baş verib. Ölkə bir sıra yanlışlıqlara üzləşib. Çünki Avropanın əksəriyyəti çoxdan Gregorian təqviminə keçmişdi.

1750-ci ildə qəbul olunmuş təqvim aktı ilə İngiltərə də Gregorian təqviminə keçdi. Yeni il əvvəlki kimi martın 25-dən yox, yanvarın 1-dən hesablanmağa başladı. Bu da onunla nəticələndi ki, İngiltərədə 1751-ci il martın 25-də başlayıb dekabrın 31-də başa çatdığından təqvim cəmi 282 gündən ibarət oldu. 1752-ci ildə isə təqvim yanvarın 1-dən başladı.

2000-Cİ İL PROBLEMİ

Kompyuterlər ixtira olunandan sonra onların yaddaşına qənaət etmək üçün kompyuter sistemlərində tarixi göstərmək üçün 4 rəqəmdən yox, 2 rəqəmdən istifadə olunurdu.

Lakin 90-cı illərdə mütəxəssislər başa düşdülər ki, 2000-ci il gələndə kompyuter sistemləri həmin ili 1900-cü il kimi qəbul edəcək. Bu da xaosa səbəb olacaqdır. Ona görə dünya üzrə bütün şirkət və təşkilatlar öz kompyuter sistemlərini yoxlayıb yenidən dəyişikliklər etdilər.

Bütün dünya üzrə bu dəyişikliklər 300 milyon dollara başa gəldi.

/“Independent”dən sayta hazırladı: Kəbiran Dilavərli/

Günün bütün mövzuları

XS
SM
MD
LG