Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:27

Eynulla Fətullayevin ailəsi 28 min avroya yaxın təzminatı ala bilmir


Həbsdə olan jurnalist Eynulla Fətullayevin ailəsi dövlətdən ona çatacaq 28 min avroya yaxın kompensasiyanı ala bilmir. Bu barədə AzadlıqRadiosuna jurnalistin atası Emin Fətullayev məlumat verib.

Belə ki, bu il aprelin 22-də Avropa İnsan Hüquqları üzrə Məhkəməsi Eynulla Fətullayevin işi üzrə qərar verib. Qərara əsasən, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro məbləğində təzminat, 2800 avroya yaxın da məhkəmə xərclərinə görə pul ödəməlidir.

Emin Fətullayev deyir ki, o, həmin vəsaitin ödənilməsi ilə bağlı Beynəlxalq Bankda hesab da açıb, amma pul hələ də hesaba ödənilmir:

“Eynulladan bununla bağlı etibarnamə də aldım, bir də şəxsiyyət vəsiqəsinin surətini ilə birgə apardım verdim Prezident Adminstrasiyasına. Mən sənədləri noyabrın 4-də versəm də hələ də pulu vermirlər”.

Eynulla Fətullayevin vəkili Elçin Sadıqov isə deyir ki, Azərbaycan hökuməti jurnalistə kompensasiya ödənilməsi məsələsi ilə razı olduğundan məhkəmə qərarı üç ay müddətinə icra olunmalı idi.

Vəkil deyir ki, kompensasiya hələ də verilmədiyi üçün onlar Səbail rayon Məhkəməsinə müraciət etməyə hazırlaşırlar:

“Biz hesab edirik ki, hər gecikdirilən günə görə, kompensasiya ödənilməlidir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG