Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:10

Xodorkovskinin həyat yoldaşı məhkəmədən çıxarılıb


Bu gün UKOS-un keçmiş rəhbəri Mixail Xodorkovskiyə qarşı qaldırılmış yeni ittihamla bağlı hökm çıxarılacaq. Məhkəmə zalından Xodorkovskinin həyat yoldaşı, qızı və bütün media nümayəndələri çıxarılıb. Səbəbi haqqında isə məlumat verilməyib.

2003-cü ildə vergidən yayınmaqda ittiham olunmuş Mixail Xodorkovski ilə Platon Lebedev neft oğurluğunda və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Dövlət ittihamçısı onların 14 il azadlıqdan məhrum edilməsini tələb edib.

Mixail Xodorkovskinin həyat yoldaşı İnna Xodorkovskaya hesab edir ki, əri baş nazir Vladimir Putin və onun ətrafındakı adamlarla şəxsi münaqişəyə görə həbs olunub.
XS
SM
MD
LG