Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:00
«Bayramqabağı əfv olacaq». Prezident yanında əfv komissiyasının üzvü Zəlimxan Yaqub AzadlıqRadiosuna belə deyib.

«Komissiya əfv üçün kimlərin adını prezidentə təqdim edəcək» sualına Zəlimxan Yaqub belə cavab verib:

«Heç bir məlumat verə bilmərəm. Əfv Komissiyasının iclasları davam edir. Yalnız möhtərəm prezidentimizin imzası ilə siyahı mətbuatda dərc olunandan sonra danışa bilərəm».

«Komissiya üzvü özü kimlərin əfvini istəyir, təklifləri varmı» sualını da cavabsız qoyub. Zəlimxan Yaqub deyib ki, nizamnaməyə uyğun olaraq daxili məsələlərlə bağlı məlumat verə bilməz.

«Bu, sirr olaraq qalır. Son söz prezidentindir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG