Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:49

Azərbaycanın gənc musiqiçilərinin “Renessans”sı


Dekabrın 28-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “XXI əsr. Renessans” adlı konsert proqramı təqdim ediləcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Konsert proqramında Samuil Barber, Alfred Şnitk, Arvo Pyert və Türkər Qasımzadənin əsərləri səsləndiriləcək.

Layihədə iki musiqi ansamblı - “Ad Libitum” və “Contempo” çıxış edəcək. “Ad Libitum” musiqi ansamblı heyətinin tərkibinə Cavad Tağızadə (birinci skripka, dirijor), Mustafa Mehmandarov (ikinci skripka), Jalə Əlieva (violonçel), Fəridə Nelson (kontrabas) kimi musiqiçilərin adları daxildir.

“Contempo” ansamblında isə Elman Mustafayev (fleyta), Nizami Zeynalov (klarnet), İlqar Hacıyev (faqot), Elşən Məmmədov (qaboy), Samir Əsədov (skripka) yer alıb. /AzərTAc/
XS
SM
MD
LG