Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35

Mixail Xodorkovskinin məhkəməsi başlanıb


Bu gün UKOS-un keçmiş rəhbəri Mixail Xodorkovskiyə qarşı qaldırılmış yeni ittihamla bağlı hökm çıxarılacaq. Artıq məhkəmə prosesi başlayıb.

Məhkəmə qarşısına yüzə yaxın adam yığışıb. Onlar müttəhimləri dəstəkləyən şüarlar səsləndirirlər. Jurnalistlərin çoxu məhkəmə zalına buraxılmayıb.

2003-cü ildə vergidən yayınmaqda ittiham olunmuş Mixail Xodorkovski ilə Platon Lebedev neft oğurluğunda və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Dövlət ittihamçısı onların 14 il azadlıqdan məhrum edilməsini tələb edib.

Mixail Xodorkovskinin həyat yoldaşı İnna Xodorkovskaya hesab edir ki, əri baş nazir Vladimir Putin və onun ətrafındakı adamlarla şəxsi münaqişəyə görə həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG