Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 00:52

Bakı-Moskva aviareysləri ilə bağlı problem aradan qalxıb


Bakı-Moskva təyyarə reysləri ilə bağlı problem dekabrın 27-də tam aradan qalxıb. Bu barədə AzadlıqRadiosuna AZAL Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

İki gün əvvəl Rusiyada hava şəraitinin kəskin pisləşməsi səbəbindən paytaxt Moskvanın Domodedovo, Şeremetevo və Vnukovo hava limanları fəaliyyətini dayandırmalı olmuşdu. Buna görə Azərbaycandan Moskvaya uçan təyyarələrin uçuş qrafikində gecikmələr yaranmışdı.

AZAL rəsmisinin dediyinə görə, Domodedovo Hava Limanının işləməməsi səbəbindən ötən gün uçmalı olan "Airbus-319" təyyarəsi ilə həyata keçirilən Bakı-Moskva reysi dekabrın 27-si saat 9:35-də baş tutub. Məhərrəm Səfərli hazırda bütün uçuşların qrafikə uyğun həyata keçirildiyini bildirir.
XS
SM
MD
LG