Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:53

“Gənclər təşkilatlarının yarısı epizodik fəaliyyət göstərir”


İntiqam Babayev

İntiqam Babayev

«Dövlət qeydiyyatından keçən gənclər təşkilatlarının yarısı epizodik fəaliyyət göstərir və ya qrant verildiyi təqdirdə fəaliyyətini qurur. Buna baxmayaraq, Nazirlik həmin təşkilatlara da öz dəstəyini göstərir».

Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, ölkədə 200-dən artıq gənclər təşkilatı dövlət qeydiyyatına alınıb və onlar ölkədə keçirilən dövlət gənclər siyasətinin ayrılmaz bir hissəsidir:

«Gənclər və İdman Nazirliyi müsabiqə yolu ilə bu təşkilatların fəaliyyətinin genişlənməsi üçün qrant ayırır. Biz çalışırıq ki, gənclər təşkilatlarının fəaliyyətinə hərtərəfli dəstək göstərək, onların cəmiyyət üçün aktual olan bütün sahələrdə təşəbbüslərinə və layihələrinə dəstək verək. Eyni zamanda, gənclər təşkilatlarının beynəlxalq arenadakı fəaliyyətinə şərait yaradaq. Buna görə də, hər il gənclər təşkilatlarının sərgiləri keçirilir».

İ.Babayev bildirib ki, təşkilatların heç də hamısı istənilən şəkildə fəaliyyətini qura bilməyib:

«Təşkilatların sayının 200-dən artıq olması o demək deyil ki, hamısı fəal fəaliyyət göstərir. Barometr olaraq hər il keçirilən gənclər təşkilatlarının sərgisini götürürük. Bu tədbirə 100-110 təşkilat qatılır və hesab edirik ki, bu təşkilatlar fəaldır. Digərləri isə bu və ya digər şəkildə fəaliyyətlərini qururlar. Ümumilikdə dünya ölkələri ilə müqayisə etdikdə Azərbaycanda gənclər təşkilatlarının fəaliyyəti qənaətbəxşdir». /APA/
XS
SM
MD
LG