Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:48
"Partiyanın qurultayında mən namizəd olmayacam və yeni başqanı seçiləcək". Bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər Partiya Məclisinin iclasında çıxışı zamanı deyib.

"Buna heç kimin şübhəsi olmasın ki, yeni başqan seçiləcək. Müsavatda kifayət qədər səviyyəli, yetişmiş siyasətçilər var. Onların hər hansı biri qurultay tərəfindən seçiləcək və hamımız birlikdə yeni rəhbərliyə kömək edəcəyik ki, missiyanı davam etsin. Biz demokratik prosedurlara önəm veririk", – İsa Qəmbər əlavə edib.

O bildirib ki, bir şəxsin iki dəfədən çox sədr seçilməməsi ideyası Müsavat partiyası tərəfindən irəli sürülmüş ideyadır:

"Bu ideyanı biz gətirmişiq və bunu göstərəcəyik. Müsavat Azərbaycan siyasi meydanında nümunələr göstərəcək. Mən Müsavatın üzvü kimi qalacam və nə zamansa mənə ehtiyac olarsa öz məsləhətimi verəcəm".

Müsavat başqanı öz çıxışı zamanı AXCP-Müsavat birliyi məsələsinə də aydınlıq gətirib.

"Bəzi qüvvələr deyirlər ki, Müsavat partiyası birləşmə ilə bağlı verdiyi sözün üstündə durmur. Mənim çıxışımın videoyazısı var. Müxtəlif saytlarda həmin video da yayınlanıb. Kim istəsə, mənim təklifimə həmin videolarda yenidən baxa bilər. Mən təklif etmişəm ki, Rəsulzadə-Elçibəy yolunda olan partiyalar birləşsin. Sadəcə olaraq bu fikrə ilk müsbət reaksiya AXCP tərəfindən gəlib. Mən həmin təklifimdə AXCP-ni də, KXCP-ni də və digər demokratik qüvvələri birliyə dəvət etmişəm", - Müsavat başqanı vurğulayıb.

Partiya başqanı son vaxtlar partiyadan uzaqlaşan adamların partiyanı nüfuzdan salmağa çalışdıqlarını deyib:

"Mən o insanlara məsləhət görərdim ki, partiyada olduqları müddətdə necə ləyaqətlə fəaliyyət göstəriblər elə də qalsınlar". /Trend/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG