Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:54

UKOS-un keçmiş rəhbərinə hökm oxunacaq


Bu gün UKOS-un keçmiş rəhbəri Mixail Xodorkovskiyə qarşı qaldırılmış yeni ittihamla bağlı hökm çıxarılacağı gözlənilir.

Hazırda həbsdə olan Mixail Xodorkovski ilə Platon Lebedev neft oğurlamaq və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Xodorkovskinin həyat yoldaşı İnna ərinin bəraət qazanacağına inanmır.

İnna Xodorkovskaya bunu snob.ru saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Xodorkovski 2012-ci ilə qədər həbsdə qalacaq. Bundan sonra nə baş verəcəyini isə heç kim bilmir.

İnna Xodorkovskaya hesab edir ki, həyat yoldaşı baş nazir Vladimir Putin və onun ətrafındakı adamlarla şəxsi münaqişəyə görə həbs olunub.
XS
SM
MD
LG