Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:19

Venesuelanın keçmiş prezidenti vəfat edib


Venesuelanın keçmiş prezidenti Karlos Anders Peres şənbə günü 88 yaşında Birləşmiş Ştatlarda vəfat edib.

O, Mayamidəki xəstəxanalardan birində ürək tutmasından keçinib.

Peres iki dəfə ( 1974-1979, 1989-1993) hakimiyyətdə olub.

Onun ilk hakimiyyəti dövründə Venesuela neft satışından böyük gəlir əldə edib.

Hakimiyyətinin ikinci dövrü isə korrupsiya qalmaqalı, hərc-mərclik və iki dəfə dövlət çevrilişi cəhdilə yadda qalıb.

1993-cü ildə hakimiyyətdən uzaqlaşdırılan Peres dövlət vəsaitindən düzgün istifadə etməmək ittihamı ilə bir neçə ay həbsdə yatıb.
XS
SM
MD
LG