Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:42

Moskvada millətçiliyə qarşı mitinq keçirilib


Moskvanın Puşkin meydanında millətçiliyə qarşı mitinq keçirilib.

“Moskva hamınındır” devizi altında keçirilən aksiyada 2 minə yaxın adam iştirak edib.

Onlar “Rusiya hamınındır” , “ Faşizm keçməyəcək” kimi şüarlar səsləndiriblər.

Yazıçı Viktor Şenderoviçin təşəbbüsü ilə keçirilən aksiyaya xeyli incəsənət xadimi və insan haqları fəalı qoşulub.

Xatırladaq ki, dekabrın 11-dən bu yana Moskva və ölkənin digər şəhərlərində millətçilik zəminində gərginlik yaşanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG