Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:44

Qırğızıstanın yeni baş naziri Moskvaya gedir


Qırğızıstanın yeni baş naziri Almazbek Atambayevin bazar günü Moskvaya işgüzar səfəri başlayır.

O, rusiyalı həmkarı Vladimir Putinlə iqtisadi əməkdaşlıq məsələsini müzakirə edəcək.

Atambayev bu vəzifəyə parlament seçkisindən sonra yaradılmış hakim koalisiyanın dəstəyi ilə gəlib.

O, baş nazir təyin edildikdən sonra parlamentdə çıxışı zamanı Qırğızıstanın Rusiya, Belarus və Qazaxıstan arasındakı gömrük ittifaqına qoşulmasının mümkünlüyünü istisna etməyib.
XS
SM
MD
LG