Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

Medvedev Lukaşenkonu təbrik edib


Rusiya prezidenti Dimitri Medvedev belaruslu həmkarı Aleksandr Lukaşenkonu qələbə münasibəti ilə təbrik edib.

Bu barədə şənbə günü jurnalistlərə prezidentin mətbuat katibi Natalya Timakova məlumat verib.

Belarusun Mərkəzi Seçki Komissiyası cümə günü indiki prezident Aleksandr Lukaşenkonun qələbəsini təsdiqləyib.

Dekabrın 19-da ölkədə keçirilmiş prezident seçkilərindən sonra Minskin mərkəzi meydanında etiraz aksiyası keçirilib.

Aksiya zamanı prezidentliyə 5 keçmiş namizəd də daxil olmaqla 600-dən çox müxalifətçi həbs olunub.

Onlar hələ də həbsdədir.

Keçmiş namizədlərə 15 il həbs cəzası kəsilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG