Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:26

Tərtərdə kütləvi davada iştirak etmiş 4 nəfər azadlıqdan məhrum olunub


Bu ilin iyulunda Tərtər rayonunda bir qrup məcburi köçkünlə yerli sakinlər arasında baş vermiş toqquşma ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İnsidentlə bağlı hər iki tərəfdən iki nəfər olmaqla davanın 4 iştirakçısı - Rövşən Məhərrəmov, Ramiz Dünyamalıyev, Rövşən Paşayev və İlqar İbrahimov Tərtər rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Tərtər rayon Məhkəməsindən «APA»ya faktı təsdiqləyiblər.

Kütləvi dava zamanı Tərtərdə xeyli sayda ticarət və iaşə obyektinə zərər dəymiş, polis əməkdaşı və 10 yerli sakin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.
XS
SM
MD
LG