Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:22

Qar Avropada hərəkəti əngəlləyib


Qara görə Qərbi Avropada minlərlə sərnişin Milad bayramını evdə keçirə bilməyib.

Ötən gün ərzində Parisin Şarl de Qol hava limanında 400-ə yaxın reys təxirə salınıb.

Həmçinin İrlandiya,Belçika və Almaniyada onlarla təyyarə reysi təxirə salınıb.

Son məlumata görə, Britaniyanın hava limanlarında ümumilikdə vəziyyət normallaşsa da qatarların hərəkətində fasilələr yaranıb.

Həmçinin Almaniyanın qərbində bir sıra magistrallarda problemlər yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG