Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:43

Fil Dişi Sahilinin prezidentinə sərt xəbərdarlıq edilib


Qərbi Afrika ölkələri İqtisadi Birliyi Fil Dişi Sahilinin prezidenti Loran Qbaqbonu istefaya getməyə çağırıblar.

Birlik xəbərdarlıq edib ki, əks halda o güclə istefaya göndəriləcək.

Bəyanat Fil Dişi Sahilində keçirilmiş prezident seçkilərindən sonra bu ölkədə yaranmış vəziyyətin müzakirəsindən sonra verilib.

Məlumatlara görə birlik mümkün hərbi əməliyyata hazır olmaq üçün bu təşkilata daxil olan ölkələrin müdafiə nazirlərinin iclasını çağırmaq fikrindədir.

Fil Dişi Sahilində keçirilmiş prezident seçkilərində müxalifətdən olan namizəd Alassana Uattaru qalib gəlsə də indiki prezident Loran Qbaqbo məğlubiyyətini etiraf etmək fikrində deyi.
XS
SM
MD
LG