Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:25

Nardaran sakini Hacı Əli Hüseynova hökm oxunub


Bu barədə «APA»ya Nardaran kənd Ağsaqqallar Şurasının üzvü Məşədi Natiq Kərimov məlumat verib.

Dekabrın 23-də Sabunçu rayon Məhkəməsində hakim Tahir Qubadovun sədrliyi ilə keçirilən prosesdə Ə. Hüseynov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən Hacı Əli Hüseynov sentyabrın 22-də küçədə abadlıq işləri apararkən polis tərəfindən saxlanıb. Onun üzərindən narkotik tapılıb.

Ə. Hüseynova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham elan edilib.
XS
SM
MD
LG