Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:00

Azərbaycan Daxili Qoşunların əsgəri vəfat edib


Hadisə Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb.

Beyləqan rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1988-ci il təvəllüdlü Anar Balakişiyevin vəziyyəti qəfildən pisləşib və Şirvan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. A. Balakişiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Şirvan Mərkəzi Rayon Xəstəxanasından «APA»ya faktı təsdiqləyiblər.

A.Balakişiyevin ölümünün səbəbləri hələlik məlum deyil.
XS
SM
MD
LG