Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:32

İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqı təbrik edib


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqı təbrik edib.

Təbrikdə deyilir: «Qazandığımız uğurlara baxmayaraq, hələ də müharibə şəraitində yaşadığımızı unutmamalıyıq. Hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur. Bu, bizim ümummilli işimizdir. Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan tökülməsinin, dağıntıların və humanitar faciələrin qarşısının alınması üçün hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq. Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz qalır: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir».
XS
SM
MD
LG