Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:28

Bu gün müsabiqənin qalibləri açıqlanacaq


Xəbər verdiyimiz kimi, III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin birinci mərhələsi başa çatıb.

Müsabiqənin qalibləri sabah- dekabrın 25-də saat 13-00-da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat Prospekti, 529) keçiriləcək tədbirdə mükafatlandırılacaq.

Tədbirə KİV nümayəndələri və yazarlar dəvətlidir.

Xatırladaq ki, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi 2008-ci ildə yaradılıb. İndiyə qədər 2 dəfə keçirilib. İlk iki müsabiqə yalnız gənc müəllifləri əhatə edib. Məqsəd gənc istedadların, yeni imzaların üzə çıxarılması və təbliği olub.

2010-cu ildə keçirilən III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi daha geniş formatda- iki mərhələdə keçirilir. Birinci mərhələ 3 nominasiyadan ibarətdir:

1. Son 10 ilin ədəbi əsəri;
2. İlin romanı;
3. İlin şeir kitabı.

Bu mərhələdə nominatları 9 nəfərdən ibarət Ekspertlər Şurası irəli sürüb.

Hər bir ekspert hər bir nominasiyada maksimum 5 kitab irəli sürmək hüququna malik olub. Nominant kitablar üçün Təşkilat Komitəsi tərəfindən ümumi kriteriyalar müəyyənləşdirilib.

Bura həmin kitabların ictimai müzakirəyə səbəb olması, ədəbi tənqiddən peşəkar resenziyalar alması əsas götürülüb.

Son 10 ilin ədəbi əsəri üçün isə ən azı bir xarici ölkədə nəşr olunması, ictimai müzakirəsi, yerli və xarici tənqiddən rəy alması kriteriyaları müəyyənləşdirilib.

Hər üç nominasiyada qalibləri Ekspertlər Şurası seçib.

Paralel olaraq, Təşkilat Komitəsi hər 3 nominasiya üzrə yazarlar və oxucular arasında anket sorğusu keçirib.

Ekspertlərin, yazarların və oxucuların səsverməsinin ortaq nəticəsi kimi isə müsabiqənin yekununda ən yaxşı kitablardan ibarət Qısa Siyahı tərtib olunub.

Müsabiqənin ikinci mərhələsi- Debüt nominasiyasının qalibləri isə gələn il fevralın 2-də elan olunacaq.

Müsabiqənin təşkilatçısı Kultaz.Com Mədəniyyət Portalıdır

www.kultaz.com

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG