Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:42

Medvedev Obamanı tərifləyir


Rusiya prezidenti Dmitri Medvedev ABŞ prezidenti Barak Obamanı “vədlərinə əməl edən lider” adlandırıb. ABŞ Senatının nüvə silahlarının azaldılmasına dair START müqaviləsini dekabrın 22-də təsdiq etməsindən sonra Medvedev dövlət telekanalına müsahibəsində həmkarını bu cür qiymətləndirib.

Prezidentlərin keçən ilin aprelində imzaladıqları həmin müqavilədə nüvə başlıalarının üçdə-birə qədər azaldılması nəzərdə tutulur. ABŞ-da bur qrup respublikaçı senator bir ildən çox sənədin təsdiqinə imkan vermirdi.

Rusiya Dövlət Duması da müqaviləni bu gün birinci oxunuşda qəbul edib. Deputatlar sənədin tam ratifikasiyası prosesinin yanvarıda başa çatacağını deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG