Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Əhmədinejad İstanbulda türkcə danışıb


Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılan İran prezidenti Mahmud Əhmədinejad iki gözlənməz halla üzləşib.

Türkiyə mətbuatı yazır ki, sammit başa çatandan sonra İranın dövlət başçısı mətbuat konfransı keçirib. Əhmədinejad mətbuat konfransının keçirildiyi zala daxil olanda İranın dini lideri ayətullah Əli Xamneyinin divardan asılan portreti yerə düşüb.

Mətbuat konfransında isə Əhmədinejad tərcüməçi problemi ilə üzləşib. Mətbuat konfransda türkcə danışılanların dediklərini fars dilinə çevirən tərcüməçinin qulaqlığına davamlı olaraq ingilis dilində sözlər gəlib. Bundan narazı qalan tərcüməçi zalı tərk edib. İran prezidenti özünü itirməyib və türkcə danışmağa başlayıb.

“Tərcüməçi çox yorulub” deyə türkcə sözə başlayan Əhmədinejadın türkcə çox yaxşı danışdığı məlum olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG