Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:56

Gəncədə dindarlar etiraz aksiyası keçirib


Bu gün günorta saat 2-də Gəncədə Şah Abbas məscidinin yaxınlığında 100-dən çox dindar etiraz aksiyası keçirib. Onlar orta məktəblərdə hicaba qadağa qoyulmasına etiraz ediblər. Aksiyaçılar “Allahu Əkbər” şüarı səsləndiriblər.

Bu gün prezident İlham Əliyevin ad günü münasibətilə Gəncədə tort kəsilməsi ilə bağlı Şah Abbas məscidinin yaxınlığındakı Heydər Əliyev meydanında da güclü polis nəzarəti vardı.

Dindarların aksiyasını polislər dağıdıb. Qadınlarla da kobud rəftar edilib. Polis aksiyada onlarla adam saxlayıb. Bu haqda hər hansı aşıqlama verməyib.

Polis hadisə yerində olan AzadlıqRadiosunun əməkdaşı ilə qaba rəftar edib. Onun çəkiliş aparmasına imkan verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG