Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:41

Bakıda 15000 abunəçi telefonsuz qalıb


Dekabrın 23-də 568 və 569 saylı ATS-lərin telefon xətləri sıradan çıxıb. 20 yanvar küçəsi 37 A ünvanında yerləşən rabitə quyularının birində qaz sızması nəticəsində yanğın baş verib. Nəticədə 15000-ə yaxın abunəçinin telefon xətləri sıradan çıxıb.
Xəbəri AzadlıqRadiosuna Rabitə və Texnologiya Nazirliyindən Müşfiq Əmirov verib.

Müşfiq Əmirovun sözlərinə görə, dəyən ziyan böyük olduğundan telefon xətlərinin düzəldilməsi çox vaxt aparacaq.

Yanvarın 5-nə kimi telefon xətlərinin istifadəyə verilməsi nəzərdə tutulur. Təxmini hesablamaya görə, qəzanın vurduğu ziyan 1 milyon manatdır.
XS
SM
MD
LG