Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:51

İlham Əliyevin ad günü üçün 12 tonluq tort kəsilib


24 dekabr - İlham Əliyevin ad günü münasibətilə Azərbaycanın ikinci şəhəri olan Gəncədə yerli icra hakimiyyəti və şəhərin iş adamlarının hazırladığı tort kəsilib.

Artıq bir aya yaxındır ki, bişirilən, çəkisi 12 ton, uzunluğu 49 metr olam tort səhər saat 11-də Gəncənin mərkəzi meydanında kəsilib. Torta sərf olunmuş vəsait açıqlanmır.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edib. Şəhər əhalisini prezidentin 49 yaşının tamam olması, qarşıdan gələn Yeni İl və 31 Dekabr- dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edib.

Hazırda tort ətrafa yığışan şəhər əhalisinə paylanılır. Mərasimə minlərlə adam yığışıb. Milli geyimdə olan qızlar, oğlanlar rəqs edir. Mərasim konsert proqramı ilə saat 1-ə qədər davam edəcək.

ARAYIŞ: Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, tortun hazırlanması üçün təxminən 2 ton un, 29 min yumurta, 350 litrə qədər süd, 350 kq qatılaşdırılmış süd, 400 kq-a yaxın qoz ləpəsi, 300 kq hind qozu, 370 kq kərə yağı, 30 kq duru yağ, 35 kq kakao, 65 kq şokolad, 380 kq krem şanti, 400 kq karamel sərf olunub. Tort üçün 60 ədəd şəkil, müxtəlif fiqurlar hazırlamaq üçün 40 kq xüsusi xəmir, 100 kq saxarin və 400 kq bişmiş xəmiri təzə saxlayan xüsusi maddədən istifadə edilib.

Tortun hazırlanması ideyası şəhər icra hakimi Eldar Əzizova aiddir.

Bu ənənə artıq üç ildir davam edir. Hər il tortun uzunluğu 1 metr artır.

Günün bütün mövzuları

XS
SM
MD
LG