Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:11

Vladimir Putin məhkəməyə verilib


Müxalifətdə olan siyasətçilər Boris Nemtsov,Vladimir Rıjkov və Vladimir Milov Rusiyanın baş naziri Vladimir Putini məhkəməyə veriblər.

Vladimir Putin bir həftə bundan əvvəl bu siyasətçiləri dövlət xəzinəsindən pul oğurlamaqda itiham edib.

Boris Nemtsov İnterfaks agentliyinə bildirib ki, onlar mənəvi ziyana görə 1 milyon rubl təzminat və Putinin çıxış etdiyi “Rossiya 1” televiziya kanalı ilə bu məlumatın təkzib olunmasını tələb edirlər.

Vladimir Putinin mətbuat xidməti hələlik məsələyə münasibət bildirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG