Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52

İ. Əliyev Qarabağ münaqişəsinin bölgədə iqtisadi planlara əngəl olduğunu deyib


Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq.

Bunu Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri dövlət başçılarının İstanbulda keçirilən zirvə toplantısında çıxış edərkən deyib.

İlham Əliyev Qarabağ münaqişəsinin bölgədəki iqtisadi planların həyata keçirilməsinə mane olduğunu vurğulayıb.

Prezident bildirib ki, Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında qalması böyük regional təhlükədir.

“Azərbaycanın əzəli torpaqları olan Qarabağ və onun ətraf bölgələrində etnik təmizlənmə siyasəti aparılıb və nəticədə 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarında qaçqın və köçkün vəziyyətində yaşayır”,-deyə prezident vurğulayıb.

Azərbaycanın bu vəziyyətlə barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini deyən İlham Əliyev qeyd edib ki, Azərbaycan məsələni danışıqlar, sülh yolu ilə həll etməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG