Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:40
Rafael Benítez İtaliyanın “Internazionale” klubunun baş məşqçiliyindən kənarlaşdırıldı.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda Benítezə “Internazionale”-i İtaliya suberkubokunda və Dünya Klub Çempionatında qələbələrə daşıdığına görə minnətdarlıq edilir.

Rafael Benítez də klub rəhbərliyinə “Internazionale”dakı “mühüm təcrübəyə” görə minnətdarlıq edir.

Klubun baş məşqçiyə ödəyəcəyi kompensasiyanın məbləği barədə isə hər hansı açıqlama verilmir.

İtaliyanın sonuncu çempionu “Internazionale” hazırda turnir cədvəlində 23 xalla 7-ci yeri tutur.

Benítezin postu ilə vidalaşmasının əsas səbəbi kimi də klubun çempionatda göstərdiyi zəif nəticələr əsas gətirilir.

Benítez “Internazionale”in baş məşqçi postuna 6 ay əvvəl gətirilmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG