Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:00

Soyqırımı iddiaları ilə bağlı qətnamə müzakirə olunmadı


Türkiyədə aksiyaçılar ABŞ-a qarşı şüarlar səsləndirirlər

Türkiyədə aksiyaçılar ABŞ-a qarşı şüarlar səsləndirirlər

ABŞ konqresmenləri erməni soyqırımı iddiaları ilə bağlı təklif olunan qətnaməni müzakirə etmədən qış fasiləsinə getməyi qərara alıblar.

Bu, Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosini tənqidlə üzləşdirib. Dekabrın 22-də Amerika Erməni Milli Komitəsinin sədri Ken Xaçikyan bəyanat yayaraq qətnamənin səsverməyə qoyulmamasına görə məsuliyyətin bütünlüklə Pelosinin çiyinlərinə düşdüyünü bildirib. Onun sözlərinə görə, xanım Pelosi demokrat çoxluq, səlahiyyət və imkana malik olsa da, qətnaməni səsverməyə çıxararaq onun keçməsini təmin edə bilməyib:

«Amerika erməniləri qanunvericinin bu addımından qəzəbləniblər və məyus olublar. Layihənin keçməsi üçün kifayət qədər əlverişli mühit də var idi. Prezident Barak Obama erməni soyqırımını tanıyacağı haqda vədlərini yerinə yetirmədikən sonra spiker Pelosinin qətnaməni səsverməyə çıxarmaması erməni mənşəli seçicilərin ona olan etimadına ciddi ziyan vurur».

QƏTNAMƏNİN QƏBULU EHTİMALI AZDIR

Türkiyə prezidenti Abdulla Gül Barak Obamanı Osmanlı imperiyası dövründə ermənilərin soyqırımına məruz qalmasını nəzərdə tutan qətnamə layihəsinin səsə qoyulmasının qarşısını almağa çağırmışdı.

Gül bildirmişdi ki, layihənin Nümayəndələr Palatasının gündəliyinə salınması ABŞ-Türkiyə münasibətlərinin gələcəyi barədə narahatlıq doğurur.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə həftənin əvvəlində Barak Obamaya eyni mesaj göndərmişdi.

Layihənin tərəfdarları Obama administrasiyasının etirazlarına baxmayaraq, Konqresin son iş gününə qədər qətnamənin qəbuluna çalışırdılar.

Konqresin gələn il başlayacaq növbəti sessiyasında qətnamənin qəbul edilməsi ehtimalının az olduğu bildirilir. Çünki Nümayəndələr Palatasının yeni spikeri, respublikaçı Con Boyner sələfi Nensi Pelosidən fərqli olaraq qətnamənin qəbuluna qarşıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG