Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:47

İlham Əliyevin İstanbul sammitində çıxışı olub


İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri dövlət başçılarının sammiti keçirilir.

ANS-in məlumatına görə, sammitdə ilk olaraq təşkilatın sonuncu sammitində sədr seçilmiş İran prezidenti Mahmud Əhmədinejad çıxış edib təşkilata üzv ölkələrin yaxın illər ərzində planlaşdırdıqları addımlardan danışıb.

Mahmud Əhmədinejaddan sonra isə Türkiyə prezidenti Abdulla Gülün çıxışı olub.

Türkiyə prezidenti 2015-ci ilin strateji planında nəzərdə tutulmuş məqsədlərə çatmaq və əlavə tədbirlərin görülməsi istiqamətində iş aparmaq üçün Ağsaqqallar Şurasının yaradılması barədə təkliflərinin qəbul olunmasından məmnun olduğunu bildirib.

O, həmçinin yaxın günlərdə reallaşmaq üzrə olan “Böyük İpək Yolu” layihəsi habelə təşkilata üzv ölkələr arasında dəmir yol xətlərinin birləşdirilməsinin əhəmiyyətindən danışıb.

Abdulla güldən sonra Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

O, çıxışında əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldib.

Çıxışlardan sonra liderlər İstanbul bəyannməsini bir də nəzərdən keçirəcirəcək, sonra mətbuata açıqlama veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG