Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:17

Şimali Koreya cənubla müharibəyə hazır olduğunu bəyan edib


Şimali Koreya nüvə silahından istifadə edərək Cənubla müharibəyə hazırdır.

Şimali Koreyanın xarici işlər naziri Kim Yong Çun belə bir bəyanatla Cənubi Koreyanın sərhəd bölgəsində hərbi təlimləri başa vurmasından bir neçə saat sonra çıxış edib.

Bu təlimlərə yüzlərlə canlı qüvvə, tank, vertolyot və qırıcı təyyarələr cəlb olunub.

Cənubi Koreya prezidenti Li Myunq Bak ölkəsinin Şimaldan yeni təhlükə olacağı halda ona cavab verməyə hazır olduğunu bəyan edib.

Şimali Koreya Seulu yarımadada vəziyyəti gərginləşdirmək və müharibəyə sürükləməkdə ittiham edib.

Ötən ay Şimali Koreyanın Cənubi Koreyanın Yon Pyon adasını atəşə tutuması nəticəsində 4 hərbçi öldü.
Bundan sonra yarımadada vəziyyət gərginləşib.
XS
SM
MD
LG