Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:42

Əli Həsənov: «Artıq avropalılarla başqa dildə danışmalıyıq»


Əli Həsənov
Əli Həsənov
“Bu gün Azərbaycanda keçirilən istər prezident seçkiləri olsun, istər parlament seçkiləri - dünyanın çox ölkələri üçün nümunədir”.

APA-nın məlumatına görə, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. O seçkilər zamanı ATƏT-in Müşahidə Missiyasını məcburi köçkünlərlə əlaqədar qəbul etdiyini xatırladıb:

“Mən onlara sözümü dedim. Dedim ki, siz avropalılar, qərblilər 30 il bundan qabaq Sovet dövləti, vətəndaşı haqqında nə düşünürdünüzsə, bu gün müstəqil dövlətlər, onların vətəndaşları haqqında onları düşünürsünüz. Axı nə üçün? Hansı azərbaycanlının inkişaf səviyyəsi avropalıdan geridir? Heç birinin!”.

BİR BƏYANATI TƏRTİB EDƏ BİLMİRLƏR

Əli Həsənov ATƏT-in Müşahidə Missiyasını bəyanat tərtib edə bilməməkdə ittiham edib:

“Seçki bir müddətdir qurtarıb, oturub bir bəyanatı tərtib edə bilmirlər, bir-birilərini qırırlar, bir qərara gələ bilmirlər. Çünki yarısı deyir, gəlin belə yazaq, bizə belə deyilib. O biri yarısı da deyir göydə Allah var, axı gördüyümüzü yazmalıyıq. Mən axırda bir sual verdim. Soruşdum ki, seçkidən sonra burada gördüyünüzü yazacaqsınız, yoxsa bura gələndə sizə verilən tapşırığı? Onlar çox pis hala düşdülər, dedilər ki, onları təhqir edirəm. Dedim ki, mən sizi təhqir etmirəm, adi bir sual verirəm. Çünki bundan əvvəl missiya nümayəndələrindən biri mənə dedi ki, biz gördüyümüzü yaza bilmirik. Bugünkü fakt onu göstərir. Mənə elə gəlir ki, biz artıq avropalılarla başqa dildə danışmalıyıq”.

Azərbaycanda 7 noyabr parlament seçkisindən bir gün sonra ATƏT-in Beynəlxalq Müşahidə Missiyası daxilində fikir ayrılığı yaranması barədə AzadlıqRadiosu yazıb. Missiyanın rəhbəri ATƏT-in fəaliyyətdə olan sədrinə qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan olan yerli koordinator Audrey Gloverlə missiyanın digər üzvləri arasında fikir ayrılığından yazırdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG