Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:57

Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı olacaq


Yeni inşa olunan Oğuz-Qəbələ-Bakı su kəmərinə buraxılan su Bakıya çatıb. Artıq Bakının ətraf kənd və qəsəbələrinə kəmərlə gələn suyun verilməsinə başlanılıb.
Kəmərin rəsmi açılışının isə bu günlərdə keçirilməsi planlaşdırılır.

Su kəməri layihəsinin rəhbəri Əhməd Məmmədovun sözlərinə görə, kəmər Bakının 5 rayonunu su ilə təmin edəcək. Kəmər işə düşəndən sonra paytaxta saniyədə 5 kubmetr su daxil olacaq. Bu da Bakıda suyun verilişində yaranan uzun fasilələrin və su qıtlığı probleminin aradan qalxmasına imkan verəcək.
XS
SM
MD
LG