Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:09
"Münaqişənin sülh yolu ilə həll edilməsi missiyasını öz üzərinə götürmüş həmsədr ölkələrdən biri olan Rusiya yenə də Ermənistanı silahlandırır".

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bu bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistanı silahlandırması bu ölkənin sülhyaratma missiyasına xələl gətirir:

"Biz hələ Boris Yeltsinin vaxtında demişik ki, bu məsələnin qarşısı alınmalıdır. Çox təəssüf ki, müəyyən komissiyalar yaradılsa da, bunun heç bir nəticəsi olmadı. Bu gün də sülhyaratma missiyasını həyata keçirməyə borclu olan dövlət Ermənistanı silahlandırır. Bu, açıq-aşkar görünən bir məsələdir. Biz bundan çox narahatıq. Ancaq onu da qeyd etməliyəm ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycanın 10 dəfə artıq silahı var".

Z. Əsgərov bildirib ki, dünyadakı siyasi proseslər Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə dəyişib və hamı bunun şahidi olacaq:

"Azərbaycanın işğal altındakı ərazilərinin azad ediləcəyi gün uzaqda deyil. Siz bunun şahidi olacaqsınız. Bu gün dünyada siyasi və hərbi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə dəyişir".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG