Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:16

Vladimir Neklyayevin vəkili ilə görüşünə imkan verilmir


Belorusda keçmiş prezidentliyə namizəd Vladimir Neklyayevin həyat yoldaşına və vəkilinə onunla görüşməyə icazə vermirlər.

Neklyayevin vəkili Tamara Sidorenko bununla bağlı Baş Prokurorluğa müraciət edib.

Vladimir Neklyayev müxalifətdən olan digər namizədlər kimi dekabrın 19-da müxalifətin Minskdə keçirdiyi etiraz aksiyasında həbs edilib. O toqquşmalar zamanı kəllə-beyin travması alıb.

Digər namizədlərdən biri Qriqori Kostusev isə Belorusda keçirilmiş prezident seçkilərinin nəticələrinin tanınmaması tələbi ilə Mərkəzi Seçki Komissiyasına şikayət edib.
XS
SM
MD
LG