Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

Nüvə silahlarının ixtisarına dair müqavilə ABŞ Senatında təsdiq edilib


Nüvə silahlarının ixtisarına dair Amerika ilə Rusiya arasında bağlanmış yeni müqavilə ABŞ Senatında gərgin müzakirələrdən sonra 26 səsə qarşı 71 səslə təsdiq edilib. Bununla da sənədin təsdiqi üçün lazım olan üçdə iki səs çoxluğunu təmin etmək mümkün olub.

Rusiya, NATO, BMT və Yaponiya Senatın bu qərarını alqışlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, müqaviləni Dumanın ratifikasiyasına təqdim etməzdən əvvəl ABŞ-ın sənədlərini öyrənmək üçün Moskvanın bir az vaxta ehtiyacı olacaq.

Aprel ayında prezidentlər Obama ilə Medvedyev arasında imzalanmış müqaviləyə əsasən, tərəflər 7 il ərzində öz strateji nüvə başlıqlarını 1550-dək ixtisar etməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG