Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:18

“Erməni soyqırımı” müzakirə edilmədi


ABŞ konqresmenləri “erməni soyqırımı” ilə bağlı təklif olunan qətnaməni müzakirə etmədən qış fasiləsinə getməyi qərara alıblar.

Layihənin tərəfdarları Obama administrasiyasının etirazlarına baxmayaraq, Konqresin son iş gününə qədər sözügedən qətnamənin qəbuluna çalışırdılar.

Konqresin gələn il başlayacaq növbəti sessiyasında qətnamənin qəbul edilməsi ehtimalının az olduğu bildirilir. Çünki Nümayəndələr Palatasının yeni spikeri, respublikaçı Con Boyner sələfi Nensi Pelosidən fərqli olaraq “erməni soyqırımı" qətnaməsinin qəbuluna qarşıdır.
XS
SM
MD
LG