Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:13
“İqtisadi Əməkdaşlıq Təşkilatının Bakı-Tiflis-Qars və Qəzvin-Rəşt-Astara kimi əsas regional dəmir yolu layihələrin tamamlanması istiqamətdə səyləri artırması vacibdir”.

Bunu Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 19-cu görüşündə deyib.

O bildirib ki, tranzit potensialını artırmaq məqsədilə Azərbaycan Trans-Avropa və Trans-Asiya şəbəkələrinin birləşməsinə xidmət edəcək öz nəqliyyat infrastrukturunu çox şaxəli etməyə və müasirləşdirməyə çalışır. Bununla yanaşı, yeni Beynəlxalq Dəniz Ticarət Limanının və onun təminat (logistik) mərkəzinin inşası region ölkələrinin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

“İƏT-də müsbət irəliləyişlərin əldə olunmasına baxmayaraq, biz bu nailiyyətlərlə kifayətlənə bilmərik və inanırıq ki, təşkilatın mövcud potensialından tam yararlana bilməmişik. Bunun tam şəkildə dərk edilməsi üçün İƏT-ə üzv ölkələr təşkilatın effektivliyinin artırılmasına yönəlmiş islahatların həyata keçirilməsi prosesini davam etdirməlidirlər”.

Nazir deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı əməkdaşlığın daha çox sahələrini əhatə etməkdən çəkinməlidir:

“Bizim təcrübə bunun səmərəli olmadığını göstərir. Beləliklə fəaliyyətimiz daha mərkəzləşdirilmiş və layihə yönlü olmalıdır: bu xüsusilə planlaşdırma və həyata keçirmə mərhələlərinə aiddir. Bu baxımdan, Azərbaycan hesab edir ki İƏT-i çərçivəsində əməkdaşlığın hüquqi və fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var”.

E.Məmmədyarov çıxışında Dağlıq Qarabağ konfliktinə də toxundu:

“Regionda qeyri-sabitlik davam etdiyi müddətdə real regional əməkdaşlıq müzakirə oluna bilməz. Bu regionumuzun və Təşkilatın üzləşdiyi ən ciddi problemdir və onları həll etmək üçün daha qətiyyətli cəhdlər etmək lazımdır. Azərbaycanın 20% torpaqlarının qonşu Ermənistan tərəfindən işğal altında olması və ölkədə 1 milyon qaçqın və məcburi köçkünlərin mövcudluğu İƏT regionunda inkişaf, sabitlik və tərəqqi bərqərar olunmasına böyük maneələr törədir. Bu baxımdan təşkilat və üzv ölkələr Azərbaycanın münaqişənin tez bir zamanda həllinə və ərazi bütövlüyünün bərpasına yönəlmiş mövqeyinə öz qətiyyətli və ardıcıl dəstəyini artırmalıdır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG