Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:22

İƏT ölkələri dövlət başçılarının sammiti başlayır


Bu gün Türkiyə, İran, Əfqanıstan, Pakistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderləri İstanbulda bir araya gələcək. Burada bu ölkələrin üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.

Tədbirdə Əfqanıstan və Paksitan prezidentləri ilə yanaşı, İran prezidenti Mahmud Əhmədinejad və onun yeni xarici işləri naziri Əli Əkbər Salehi də iştirak edəcək. İran rəsmilərinin ölkənin nüvə problemi ilə bağlı türkiyəli həmkarları ilə görüşəcəyi gözlənilir. İranla 5 böyük dövlətin növbəti danışıqları gələn ay məhz İstanbulda baş tutmalıdır.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. SSRİ dağıldıqdan sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan təşkilata qoşulub. Əfqanıstan da bu təşkilatın üzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG