Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:32

«Ayı məhkəməsi» gələn il davam edəcək


Məhkəmə iclasından əvvəl məhkəmə binası qarşısında aksiya keçirildi

Məhkəmə iclasından əvvəl məhkəmə binası qarşısında aksiya keçirildi

Dekabrın 22-də Yasamal rayon Məhkəməsində ZQAN Holdinqin başçısı, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinə qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirildi.

HAKİMDƏN İLK QƏRAR

Məhkəmə iclasından əvvəl məhkəmə binası qarşısında «Dalğa» Gənclər Hərəkatının üzvləri, «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin əməkdaşları iddiaya etiraz olaraq aksiya keçirdilər. Əraziyə əvvəlcədən cəlb olunmuş polislər aksiya iştirakçılarının əllərindəki şüarları alaraq cırdılar.

Nəzarətçilər prosesi işıqlandırmağa gəlmiş jurnalistləri məhkəmə binasına buraxmaq istəməsələr də, uzun təkidlərdən sonra sədd aradan götürüldü, lakin onlar məhkəmə binasının girişində səsyazan, foto və video cihazlarını təhvil verməklə məhkəmə zalına daxil ola bildilər.

Hazırlıq iclasına hakim Elçin Qurbanov sədrlik edirdi. Hakimin ilk qərarı məhkəmə prosesində audio, video və foto çəkilişlərin aparılmasına qadağa ilə bağlı oldu.

NAZİR OĞLU 500 MİN MANATLA NƏ EDƏCƏK

İddiaya səbəb «Azadlıq» qəzetinin 2 iyul 2010-cu il tarixli sayında «Kəmaləddin Heydərovun ayısını yedilər» başlıqlı yazıdır. Məqalədə qeyd olunur ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov 1 milyon manat verib Qəbələ rayonunda Fövqəladə Hallar nazirinə məxsus restoranda saxlanan ayını kəsdirib, kabab bişirtdirib. Bundan sonra «Yeni Müsavat» qəzeti də bu məlumatı bir qədər əlavələr etməklə
Jurnalistləri məhkəmə binasına buraxmaq istəməsələr də, uzun təkidlərdən sonra sədd aradan götürüldü
dərc edib.

Anar Məmmədovun nümayəndələrindən biri Nihad Axundov bildirdi ki, «Yeni Müsavat» və «Azadlıq» qəzetlərində dərc olunan yazılar müdafiə etdiyi şəxsin işgüzar nüfuzunun aşağı düşməsinə səbəb olub, Anar Məmmədov mənəvi zərərə görə qəzetlərin hər birindən 250 min manat təzminat istəyir. İddia ərizəsində göstərilir kİ, Anar Məmmədov qəzetlərdən alınacaq təzminatdan 250 min manatının Mərdəkandakı 2 saylı internata, 250 min manatının isə Buzovnadakı Ruhi Əsəb, Əlil, Qocalar Evinə köçürülməsini tələb edir. Bundan başqa, iddia ərizəsində qəzetlərdən təkzib və üzr istəmək tələbi də qoyulub.

«İDDİA ABSURD, CƏRİMƏNİN MƏBLƏĞİ GÜLÜNCDÜR»

«Yeni Müsavat» qəzetinin nümayəndəsi Vaqif Hüseyn iddianı əsassız hesab edir:

«Ona görə əsassızdır ki, hər halda informasiya var, bu böyüklükdə cərimənin tələb olunması isə gülüncdür. İddianın özü də absurddur. Məhkəmənin gedişatında ortaya iddianın əsassızlığını sübut edən xeyli dəllilər qoyacağıq».

«Yeni Müsavat» qəzetinin digər nümayəndəsi Fariz Namazlı isə məhkəmədə iddiaya qəzetin fəaliyyət göstərdiyi ərazi üzrə Nizami rayon Məhkəməsində baxılmasına dair vəsatət verdi. Qəzetin digər nümayəndəsi Pənah Hüseyn vəsatəti müdafiə edərək bildirdi ki, «Yeni Müsavat»ın çoxsaylı nümayəndələri nəşrin müxbirləridir və redaksiyada iş ahənginin pozulmaması üçün iddiaya daha yaxın ərazidə - Nizami rayon Məhkəməsində baxılmalıdır.

İddiaya səbəb «Azadlıq» qəzetinin 2 iyul 2010-cu il tarixli sayında «Kəmaləddin Heydərovun ayısını yedilər» başlıqlı yazıdır
Həmçinin Pənah Hüseyn dedi ki, qəzet vergi ödəyicisi kimi də Nizami rayonu ərazisində qeydiyyatdadır. İddiaçının nümayəndəsi Nihad Axundov isə bildirdi ki, bu iddiayla bağlı bu ilin oktyabr ayında ilk olaraq Nizami rayon Məhkəməsinə müraciət olunub.

MƏHKƏMƏ BAXIŞI YANVARIN 13-DƏDİR

Lakin müəyyən edilib ki, «Yeni Müsavat» qəzetinin hüquqi ünvanı Nərimanov, «Azadlıq» qəzetinin hüquqi ünvanı isə Yasamal rayonu ərazilərində yerləşir. Bu səbəbdən də iddia ərizəsi Nizami rayon Məhkəməsi tərəfindən icraata götürülməyərək Anar Məmmədova qaytarılıb. İddiaçının nümayəndəsi dedi ki, qanunvericilikdə nəzərdə tutulub ki, əgər cavabdehlərin sayı çox olarsa, iddiaya həmin cavabdehlərdən birinin yerləşdiyi ərazi üzrə məhkəmədə baxıla bilər.

Nihad Axundov hakimdən cavabdeh tərəfin vəsatətinin təmin olunmamasını xahiş etdi. Hakim müşavirədən qayıdaraq vəsatətin təmin olunmamasına dair qərarı elan etdi.

Cavabdeh tərəfin daha bir nümayəndəsi Pənah Hüseyn qərardan apellyasiya şikayəti verəcəklərini bildirdi. Hakimdən xahiş etdi ki, hazırlıq iclası apellyasiya baxışı başa çatanadək təxirə salınsın.

Hakim növbəti dəfə müşavirəyə yollandı və geri qayıdarkən cavabdeh tərəfin bu vəsatətinin də təmin olunmadığını elan etdi. Məhkəmə baxışını isə yanvarın 13-nə təyin etdi.

Şərhləri göstər

XS
SM
MD
LG