Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:16

Bakıdan Tbilisiyə xüsusi turist qatarı yollanacaq


Azərbaycan Dəmir Yolları» QSC ilk dəfə olaraq çarter reysləri açacaq.

Yeni İl bayramı ilə əlaqədar turistləri daşımaq üçün dekabrın 29-da Bakı-Tbilisi-Bakı marşrutu ilə xəttə turist qatarı buraxılacaq.

Bu barədə APA agentliyi QSC-nin «Sərnişindaşıma» Departementinin rəis müavini Mədət Şıxəmirova istinadla xəbər verir.

O, bu məsələnin qarşı tərəflə razılaşdırıldığını deyir.

2010-cu il dekabrın 29-u axşam saat 19:20-də Bakıdan Tbilisiyə yola düşəcək 752/751 saylı qatar gələn il yanvarın 3-də saat 22:20-də Tbilisidən geri dönəcək.

İçərisində hər bir şərait olacaq turist qatarı Tbilisiyə qədər dayanacaqsız gedəcək və mənzil başına adi qatarlara nisbətən 2-3 saat tez çatacaq.

Qatarla bir başa gediş haqqı 41 manatdır.
Tbilisiyə Yeni İl turunun qiyməti isə ümumilikdə (adambaşına) 284 manatdan başlayır.

Turun müddəti qatarın qrafikinə uyğunlaşdırılıb.
XS
SM
MD
LG