Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:15

Aydınlar Partiyası "Qarabağ" blokundan imtina edib


Aydınlar Partiyası yaradılması nəzərdə tutulan “Qarabağ” siyasi partiyalar birliyinə qatılmaqdan imtina edib.

Bu barədə APA agentliyi partiyanın sədri Qulamhüseyn Əlibəyliyə istinadla xəbər verib.

O, bildirib ki, bu gün partiyanın Siyasi Şurasının iclasında partiyanın seçkidən sonrakı fəaliyyəti müzakirə olunub və qərara alınıb ki, indiki mərhələdə Aydınlar Partiyasının hansısa siyasi birlikdə təmsil olunması məqsədəuyğun hesab edilməsin.

O, partiyanın əsasən ikitərəfli əməkdaşlığa üstünlük verəcəyini deyib.

Q. Əlibəyli qeyd edib ki, bu qərar Aydınlar Partiyasının “Qarabağ” blokunda seçki prosesi zamanı birgə fəaliyyət göstərdiyi Ümid və Demokrat partiyaları ilə əlaqələrinə xələl gətirməyəcək.

Qeyd edək ki, bir neçə gün öncə “Qarabağ” bloku seçki prosesinin başa çatması ilə əlaqədar fəaliyyətini dayandırıb.

Blokun həmtəsisçiləri Ümid Partiyası ilə Azərbaycan Demokrat Partiyası blokun birlik kimi fəaliyyətini davam etdirməsi barədə qərar qəbul ediblər.
XS
SM
MD
LG