Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:46

Fransa vətəndaşlarını Fil Dişi Sahilindən çıxmağa çağırıb


Fransa hökuməti vətəndaşlarını Fil Dişi Sahilini tərk etməyə çağırıb.

BMT-nin baş katibi Ban Ki Mun hesab edir ki, istənilən vaxt bu ölkədə vətəndaş müharibəsi başlaya bilər.

Hazırda Fil Dişi Sahilində 15 min fransız var.

Fransa da daxil olmaqla beynəlxalq aləm bu yaxınlarda bu ölkədə keçirilmiş prezident seçkilərində müxalifətdən olan namizəd Alassan Uatarranın qələbəsini tanısalar da indiki prezident Loran
Qbaqbo məğlubiyyətini rədd edir.

O, bu günlərdə ölkədəki BMT qüvvələrinin çıxarılmasını tələb edib.
XS
SM
MD
LG